Türkiyədə 3 yaşlı uşaq gənə dişləməsindən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Day.Az xəbər verir ki, hadisə Tokat vilayətinin Zilə rayonunda baş verib. Məlumata görə, uşağın bədəninə gənə yapışdıqdan bir müddət sonra onda hərarət və halsızlıq əlamətləri yaranıb.