Azərbaycan Respublikasında dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan Dəmir Yollarının Elektrifikasiyası, Siqnallaşdırma və Telekommunikasiya Layihəsi (Biləcəri-Yalama)" çərçivəsində beynəlxalq tender elan edilib.